Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə
Naftalanda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Qəza zamanı 1959-cu il təvəllüdlü M. Bayramova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır./APA.az