Narkotik almaq üçün pul verməyən arvadını döydü - Bakıda

Narkotik almaq üçün pul verməyən arvadını döydü - Bakıda Hadisə

Bakıda 1993-cü il təvəllüdlü Cahid Cəfərzadə (ad-soyad şərtidir) adlı şəxs narkotik vasitələrin təsiri altında arvadını döyüb.

News24.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Cahid narkotik almaq üçün həyat yoldaşından pul istəyib, lakin "yox" cavabı ilə qarşılaşıb. Bundan sonra o, arvadını döyüb.

Polisə şikayət edən qadının müraciətindən sonra şəxa barədə protokol tərtib edilib, baxılması üçün məhkəməyə gpndərilib.

Məhkəmənin qərarı ilə C.Cəfərzadə iki ay müddətinə inzibati qaydada həbs edilib. Ona narkomaniyadan məcburi müalicə təyin olunub. /Xitab24.az/