Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var - YENİLƏNDİ

Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var - YENİLƏNDİ Hadisə

Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qəza zamanı 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əli qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Unikal/

19:52


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Hyundai” avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızını, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyya Məmmədbağır qızını və 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qəza nəticəsində avtomobildə olan bir nəfər sərnişin vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***

Yaralılar xəstəxananın müvafiq şöbələrinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

News24.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynova jurnalistlərə müsahibəsində bildirib.

Həkim deyib: “Günorta saatlarında 5 nəfər yol-nəqliyyat hadisəsi səbəbindən yardım briqadamız tərəfindən xəstəxanaya çatdırılıb. Yaralılar ilkin tibbi müayinələrdən keçirilib, hazırda müalicələri aparılır".

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verib, 1 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.