Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var

Naxçıvanda avtobusla maşın toqquşdu - Xəsarət alanlar var Hadisə

Naxçıvanda minik avtomobili ilə avtobus toqquşub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Şıxmahmud kəndi ərazisindən keçən hissəsində baş verib. 67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. // APA