Naxçıvanda avtomobil 2 piyadanı vurdu

Naxçıvanda avtomobil 2 piyadanı vurdu Hadisə

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın xəbərinə görə, BYD markalı avtomobil Nizami küçəsində yolu qarşı tərəfə keçən 2008-ci il təvəllüdlü Bayramov Sadiq Səbuhi oğlunu və 2009-cu il təvəllüdlü Hüseynov Mənsur Coşqun oğlunu vurub.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Report)