Naxçıvanda avtomobil aşıb – Fotolar
Hadisə
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Kəngərli rayonunun Xok kəndi ərazisində “VAZ-2104” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində banı üzərində qalıb. Ətrafdakı insanlar sürücünü yaralı vəziyyətdə avtomobildən çıxararaq xilas ediblər.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Yaşar Araz