Naxçıvanda FACİƏ: uşaq əlil arabasından yıxılıb öldü
Hadisə
Naxçıvanda 10 yaşlı uşaq fiziki qüsurlular üçün nəzərdə tutulan arabadan yıxılaraq ölüb.
News24.az xəbər verir ki, hadisə Babək rayonunda baş verib.
Rayonun Şıxmahmud kəndində 2016-cı il təvəllüdlü R.Ə. yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılıb və baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./APA/