Naxçıvanda maşın yolu keçən qadını vurdu

Naxçıvanda maşın yolu keçən qadını vurdu Hadisə

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub.

Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (Unikal)