Nərimanovda iki avtomobil toqquşub

Nərimanovda iki avtomobil toqquşub Hadisə

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, hadisə paytaxtın Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin 1976-cı il təvəllüdlü Yusubov Rauf Raqif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.