Nəsimi Musayev Robert Köçəryanla qonşu kamerada saxlanılır

Nəsimi Musayev Robert Köçəryanla qonşu kamerada saxlanılır Hadisə

Ermənistanın Şaki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev Milli Təhlükəsizlik Xidmətinin məşhur zirzəmisində – “Yerevan-Kentron” İstintaq Təcridxanasında saxlanılır.

News24.az xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun fraksiya rəhbəri Anna Qriqoryan deyib.

“Onun hansı şəraitdə saxlanıldığını təsəvvür edə bilərsinizmi? Görünməmiş dərəcədə yaxşı şəraitdə”, – deyə Qriqoryan vurğulayıb.

O əlavə edib ki, qonşu kamerada Ermənistanın ikinci prezidenti Robert Köçəryan və digər müxalif siyasi partiyaların liderləri qeyri-insani şəraitdə saxlanılır.