Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı Hadisə

Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb.

News24.az məlumatına görə, onun cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndi ərazisindəki boş torpaq sahəsində aşkarlanıb.

İlkin müayinə zamanı mərhumun üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev