“Novaya qazeta”nın baş redaktoru saxlanıldı - SƏBƏB
Hadisə
“Novaya qazeta”nın baş redaktoru Sergey Sokolova qarşı ordunun nüfuzdan salınması ilə bağlı inzibati maddə ilə protokol tərtib ediləcək.
News24.az konkret.az-a istinadən bildirir ki, baş redaktor saxlanılaraq polis şöbəsinə aparılıb. Baş redaktorun saxlanılmasına qəzetdə dərc olunmuş bir məqalənin səbəb olduğu açıqlanıb.
Bu işə Perovski məhkəməsi tərəfindən baxılacaq.
Sokolov 2023-cü ilin noyabrından “Novaya qazeta”nın baş redaktoru vəzifəsini tutur. O, bu vəzifədə Nobel Sülh Mükafatı laureatı Dmitri Muratovu (Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb) əvəz edib.