Novxanıda - EV YANDI

Novxanıda - EV YANDI Hadisə
Abşeron rayonunda yanğın hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.