Oğuzda avtomobil aşdı - Xəsarət alanlar var
Hadisə
Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan bir neçə nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Report