Oğuzda külək elektrik dirəklərini aşırdı - 15 kənd işıqsız qaldı
Hadisə
Oğuz rayonunda güclü külək səbəbindən bir çox kəndlər işıqsız qalıb.
News24.az xəbər verir ki, güclü külək rayonun bəzi ərazilərində elektrik dirəklərini aşırıb.
Bununla yanaşı, Qumlaq-Xalxal avtomobil yolunda irigövdəli ağac aşaraq elektrik naqillərini qırıb.
Nəticədə Dəymədərə, Yemişənli, Xaçmaz, Xaçmaz Qışlaq, Sincan, Dəymədağlı, Mollalı, Tərkeş, Xalxal, Ərmənət, Qumlaq, Şirvanlı, Tayıflı, Çaldaş və Böyük Söyüdlü kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumlar yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparır.(qafqazinfo)