Oğuzda sel körpünü apardı, kəndlə əlaqə kəsildi - Foto

Oğuzda sel körpünü apardı, kəndlə əlaqə kəsildi - Foto Hadisə

Oğuzda sel suları körpünü aparıb, bir kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

News24.az xəbər verir ki, mayın 24-də axşam saatlarında yağan yağışlar rayonun Mollalı kəndində fəsadlara səbəb olub.

Kənd ərazisindən keçən Türyançay çayına sel gəlməsi nəticəsində çay üzərindəki körpü dağılıb.

Hazırda Mollalı kənd sakinlərinin rayon mərkəzinə çıxışı məhdudlaşıb.

Əraziyə Oğuz Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. (report.az)

Oğuzda sel körpünü apardı, kəndlə əlaqə kəsildi - Foto Oğuzda sel körpünü apardı, kəndlə əlaqə kəsildi - Foto Oğuzda sel körpünü apardı, kəndlə əlaqə kəsildi - Foto