Ölkəni tərk etməsi xəbəri yayılan Mais Ağayev Türkiyədə - GÖRÜNTÜLƏNDİ
Hadisə
Bakı Nəqliyyat Agentliyinin sabiq mətbuat xidmətinin rəhbəri Mais Ağayev uzun müddətdən sonra görüntülənib.
News24.az-ın məlumatına görə, sabiq xidmət rəhbəri Türkiyədə görüntülənib. Belə ki, o, prezident seçkilərində iştirak edib və səs verən zaman görüntülənib.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Mais Ağayevin ölkəni tərk etməsi barədə məlumatlar dolaşırdı.
Qeyd edək ki, M.Ağayev ötən ilin noyabr ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindəki (AYNA) işindən öz ərizəsi ilə ayrılıb. M.Ağayevin əlaqə nömrələri də hazırda aktiv deyil.