Ötən gün axtarışda olan 129 nəfər tutuldu

Ötən gün axtarışda olan 129 nəfər tutuldu Hadisə

Ötən gün polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.