Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanıldı

Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanıldı Hadisə

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.