Qonşusu tərəfindən döyülən şəxsin durumu ağırdır

Qonşusu tərəfindən döyülən şəxsin durumu ağırdır Hadisə

Martın 20-də saat 06:40 radələrində 1985-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından News24.az-a verilən xəbərə görə, ona sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir

Qeyd edək ki, ötən güm Goranboy rayon sakini Ə. Əliyev qonşu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib.