Övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanıldı

Övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanıldı Hadisə

Bakıda motosiklet sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

News24.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür. (APA)