Oyun oynayarkən girdiyi qazanda - İLİŞDİ
Hadisə
Yanğınsöndürənlər Batmanda qazanda qalan 2 yaşlı uşağı xilas ediblər.
News24.az xəbər verir ki, əldə edilən məlumata görə, Eslem Eren Çay rayonunda yaşadığı evin mətbəxində oynayarkən girdiyi qazana ilişib.
Ağlama səsini eşidən anası mətbəxə gələrək qazanda qalan uşağını xilas etmək istəyib.
Yanğınsöndürənlər evə gələrək, hidravlik kəski və kəlbətinlər vasitəsilə uşağı ilişdiyi yerdən çıxarıblar.
Eslemin səhhətinin yaxşı olduğu bildirilib.
Məryəm İlhamqızı