Öz dəfn mərasimində tabutdan qalxdı: Kəndi şoka saldı

Öz dəfn mərasimində tabutdan qalxdı: Kəndi şoka saldı Hadisə

Hindistanın Bihar əyalətində yaşayan 74 yaşlı Mohan Lal hər kəsi öldüyünə inandıraraq öz dəfn mərasimini təşkil edib. Lakin tabut torpağa endirilərkən qəfil ayağa qalxaraq mərasimdə iştirak edənləri şoka salıb.

News24.az xəbər verir ki, Lal bu addımı “öləndən sonra insanlar mənim haqqımda nə düşünəcək” sualına cavab tapmaq üçün atıb. O, qohumlarından ölüm xəbərini yaymağı və dəbdəbəli tabut hazırlamağı xahiş edib, bütün kəndi dəfn mərasiminə dəvət edib.

Yüzlərlə sakin mərasimə qatılıb. Tabutdan qalxan Lal panik və qarışıqlıq yaradıb, lakin qısa müddət sonra kəndlilər hadisənin planlı bir sınaq olduğunu anlayıblar.

Mohan Lal sonradan bildirib ki, məqsədi insanların ona göstərdiyi sevgi və hörməti sağ ikən görmək olub. Dəfndən sonra o, kənd sakinlərindən üzr istəyərək böyük ziyafət təşkil edib.

Hadisə həm təəccüb, həm də gülüş doğurub və görüntülər sosial mediada geniş yayılıb. Yerli mətbuat bu olayı “ölüm və həyat arasındakı sərhədləri yoxlayan təcrübə” kimi dəyərləndirib.

Xeyrənsə Piriyeva