Paltaryuyan maşına atılan “powerbank” bomba kimi - PARTLADI

Paltaryuyan maşına atılan “powerbank” bomba kimi - PARTLADI Hadisə

İstanbulda yerləşən bir camaşırxanada paltaryuyan maşına atılan “powerbank” partlayıb. Hadisə “powerbank”ın içindəki litium-ion batareyasının şişməsi nəticəsində baş verib.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində ciddi bir ziyan meydana gəlib.

Qeyd olunur ki, camaşırxana hadisə baş vermədən 10 dəqiqə əvvəl işini tərk edərək faciədən xilas olub. Hadisə yerində təhlükəli anlar yaşanıb və yanğın dərhal söndürülüb.