Partlayışda ölən Zəhranın fotosu
Hadisə
Ötən gün Bakıda baş verən partlayışda ölən 2010-cu il təvəllüdlü Zəhra İsrafilovanın fotosu yayılıb.
News24.az xəbər verir ki, bu barədə 158 nömrəli tam orta ümumtəhsil məktəbi məlumat yayıb.
"158 nömrəli tam orta ümumtəhsil məktəbinin XI "L" sinif şagirdi İsrafilova Zəhra Pərvin qızının yaşayış evində partlayış zamanı faciəvi şəkildə vəfat etməsi səbəbi ilə dərin hüzn hissi keçiririk.
Mərhumun ailəsinə,yaxınlarına,sinif yoldaşlarına,müəllimlərinə və məktəbimizin bütün kollektivinə dərin hüznlə başsağlığı verir,Uca Allahdan ona rəhmət,ailəsinə və doğmalarına səbr və dözüm diləyirik. Allah rəhmət eləsin.Məkanı cənnət,ruhu şad olsun!", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, hadisə zamanı evdə 4 nəfər – ana və 3 övladı olub. Z.İsrafilova partlayış olan otaqda olduğundan hadisə nəticəsində dağıntılar altında qalaraq ölüb.