Pəncərədən yıxılan şagirdi itələyiblər? - Məktəbdəki hadisənin TƏFƏRRÜATLARI - VİDEO

Pəncərədən yıxılan şagirdi itələyiblər? - Məktəbdəki hadisənin TƏFƏRRÜATLARI - VİDEO Hadisə

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, bu gün saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir".

Məlumata görə, məsələ ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə nəzarətə götürülüb və araşdırmalara başlanılıb.

Daha ətraflı RTV-nin videomaterialında:

Xanım Cavanşirıqızı