Pirotexnika partladı, azyaşlı ağır xəsarət aldı

Pirotexnika partladı, azyaşlı ağır xəsarət aldı Hadisə


Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

News24.az-ın Report-a istinadən məlumatına görə, rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.