Prospektdə qayda pozan “Qazel” qəzaya səbəb oldu - Anbaan video
Hadisə
Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarını kobudcasına pozan yük avtomobilinin sürücüsü qəzaya səbəb olub.
News24.az xəbər verir ki, hadisəyə dair görüntülər zərərçəkmiş avtomobilin videoqeydiyyat cihazı tərəfindən lentə alınıb.
Məlum olub ki, “Qazel” markalı yük avtomobilinin sürücüsü birdən-birə 3 zolaq dəyişərək qəfil dönmə hərəkəti edib. Nəticədə həmin avtomobil öz yolu ilə gedən minik avtomobili ilə toqquşub.
Xoşbəxtlikdən avtomobillərə ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik: (Qafqazinfo)