Qadın əri tərəfindən - BIÇAQLANDI
Hadisə
İstanbulun Küçükçekmece rayonunda qadın əri tərəfindən bıçaqlanıb.
News24.az Haber7-ə istinadən xəbər verir ki, vəziyyəti ağır olan qadın xəstəxanaya aparılarkən, polis qadının yaxınları tərəfindən linç edilmək istəyən şübhəlini saxlayıb.
Hadisə saat 21.00 radələrində Küçükçekmece rayonunun Mehmet Akif Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, səkidə həyat yoldaşı ilə mübahisə edən kişi bıçaqla qadına xəsarət yetirib. Ağır yaralanan qadın yerə yıxılıb. ətrafdakı vətəndaşlar şübhəli şəxsi linç etməyə çalışıb. Hadisə yerinə gələn polis qadının ərini saxlayıb.
Yaralı qadın təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb. Bədəninin müxtəlif yerlərindən bıçaqlanan qadının həyatını xilas etmək mümkün olsa da vəziyyəti ağır olaraq qalır.