Qalmaqallı avtoblogger - HƏBS EDİLDİ
Hadisə
24 yaşlı avtoblogger Eldarxan Mamayev Moskvada həbs edilib.
News24.az bildirir ki, bu barədə paytaxtın Dövlət Yol Müfəttişliyi öz Telegram kanalında məlumat yayıb. Belə ki, onun haqqında xarici avtomobilin sürücüsü tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmayan nəqliyyat vasitəsini idarə etmə və s. kimi müxtəlif inzibati qanun pozuntuları müəyyən edilib.
Nəticədə avtobloggerə qarşı 8 inzibati xəta protokolu tərtib edilib.
Zəhraxanım Şeydayeva