Qaradağdakı ağır qəzada ölənlər məşhur MMA döyüşçüsünün qohumları imiş

Qaradağdakı ağır qəzada ölənlər məşhur MMA döyüşçüsünün qohumları imiş Hadisə

Oktyabrın 7-də Bakının Qaradağ rayonunda yük maşınının aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olanlar tanınmış MMA döyüşçüsü Elçin Hüseynovun qohumları olub.

News24.az-ın məlumatına görə, qəzada həyatını itirən İzahat Məmiyev və Vüqar Hüseynov Əməkdar idman ustası, MMA döyüşçüsü Elçin Hüseynovun xalası və dayısı oğlanları, həlak olan digər şəxslər, Xudayar Səmədov və Rahib İsfəndiyarov isə idmançının atasının əmisi oğlanları imiş.

Qeyd edək ki, Xudayar Səmədov “Mersedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə İmişli rayonu ərazisindəki mal bazarından Bakı şəhərinə gəlirmiş. O, Bakı-Ələt yolunda idarəetməni itirərək yük maşınını aşırıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qaradağdakı ağır qəzada ölənlər məşhur MMA döyüşçüsünün qohumları imiş