Qardaşı ilə oynayan 13 yaşlı qız bıçaq xəsarəti aldı
Hadisə
Bakıda 13 yaşlı qız bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
***
13 yaşlı qızın bıçaq xəsarəti almasının təfərrüatı məlum olub.
Hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində mənzillərdən birində baş verib. 2013-cü il təvəllüdlü A.Məmmədova evdə autizm xəstəliyindən əziyyət çəkən 2022-ci il təvəllüdlü qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Yeniyetmə qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.