Qatarda 2 sincab sərnişinlərə hücum etdi - səfər ləğv edildi

Qatarda 2 sincab sərnişinlərə hücum etdi - səfər ləğv edildi Hadisə

İngiltərənin paytaxtı Londonda Surreydən Gatwick hava limanına gedən qatar iki dələnin vaqona minərək sərnişinlərə hücumundan sonra ləğv edilib.

Səhər saat 08:54-də Ridinqdən yola düşən Böyük Qərb Dəmir Yolu (GWR) qatarına 09:47-də Surreyin Qomşall kəndində minən sincablar  vaqonda tez bir zamanda çaxnaşma yaradıblar.

Qatarın rəhbəri onların daha da irəliləməsinin qarşısını almaq üçün vaqona sədd çəkməyə çalışıb.

Hadisə şahidləri bildiriblər ki, sincablar arxa vaqona daxil olduqdan sonra sərnişinlərə hücum edib və hamı başqa vaqonlara qaçıb.

Qatar Redhill Stansiyasına çatdıqda, işçilərin sincabları çıxarmaq üçün təxminən yarım saat süpürgə və fıstıqdan istifadə etdiyi, lakin uğursuz olduğu bildirilib.

Sonda xidmətin ləğvi və qatarın Ridinqə qaytarılması qərara alınıb.

Məryəm İlhamqızı


Qatarda 2 sincab sərnişinlərə hücum etdi - səfər ləğv edildi