Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR - YENİLƏNDİ
Hadisə
Bu gün günorta saatlarında Qax rayonu ərazisində “Mercedes” və “Niva” markalı avtomobillər toqquşub.
News24.az xəbər verir ki, nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə ( oğlan) ölüb.
Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı uşaq ( oğlan), sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes” in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
14:05
Qaxda ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, bir azyaşlının isə öldüyü bildirilir.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (report)