Qaxda ağır qəza: Ölən və yaralılar var - YENİLƏNDİ

Qaxda ağır qəza: Ölən və yaralılar var - YENİLƏNDİ Hadisə

Qax şəhərində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.

***

Qaxda ağır yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Məmmədova məxsus "Oper Astra" markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Muxtarov Elcan Səbuhi oğlu ölüb.

Hadisə nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən çıxarılaraq, Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Digər 2 sərnişin də müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.