Qaxda restoranda faciəvi hadisə - Ölən var
Hadisə
Qax rayonunda restoranlardan birində ölüm hadisəsi baş verib.
News24.az -ın əldə etdiyi məlumata görə, martın 24-ü saat 11 radələrində Yevlax rayon sakini, 1973-cü il təvəllüdlü Zahir Zabit oğlu İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Qıpçaq kəndinin ərazisindəki restoranda tapılıb.
Onun hansı səbəbdən ölməsi məlum deyil.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Yaşar Araz