Qazaxda evdə partlayış - 73 yaşlı qadın yaralandı

Qazaxda evdə partlayış - 73 yaşlı qadın yaralandı Hadisə

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.

Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)