Qazaxda küçədə meyit tapıldı
Hadisə
Qazaxda 53 yaşlı kişinin meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü A.Hüseynovun meyiti kənd tam orta məktəbinin yaxınlığında aşkarlanıb.
İlkin məlumata görə, A.Hüseynov ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır. (Unikal)