Qazaxda yol qəzasında 3 nəfər öldü, xəsarət alanlar var
Hadisə
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var.
Yaralılar xəstəxanaya yerləşdirilib./Apa.az