Qazaxda yük avtomobili yanıb
Hadisə
Qazax rayonunda yük avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1994-cü il təvəllüdlü Mehdiyev Nəsrəddin Səfər oğluna məxsus “DAF” markalı yük avtomobilinin kabinası və ön təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.