Qəbələdə mağaza və çayxana yandı
Hadisə
Qəbələdə mağaza və ona bitişik çayxana yanıb
News24.az-ın məlumatına görə yanğın hadisəsi səhər saatlarında Qəbələ rayonunun Mıxlıqovaq kəndində baş verib.
Yanğın yerinə Qəbələ Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı Mikayılov Valeh Əlipənah oğluna məxsus, ümumi sahəsi 120 kvadratmetr olan mağaza və ona bitişik çayxana tamamilə yanıb.
Yanğının başvermə səbəbləri hazırda araşdırılır.(Unikal)