Qəbələdə güclü yanğın baş verdi

Qəbələdə güclü yanğın baş verdi Hadisə

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

News24.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.