Qəza oldu, əsas prospektlərdən biri bağlandı – YENİLƏNDİ

Qəza oldu, əsas prospektlərdən biri bağlandı – YENİLƏNDİ Hadisə

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisə səbəbindən Zığ şosesində hərəkət məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

***23:08

Qəza səbəbindən Zığ şosesi-8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyuldub.

News24.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilir ki, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.