Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - Foto - Video

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - Foto - Video Hadisə

Ağcabədidə iki nəfərin həyatını itirdiyi ağır yol qəzası barədə yeni detallar açıqlanıb.

News24.az-ın məlumatına görə, Mingəçevir–Bəhrəmtəpə yolunun Qaradolaq kəndi ərazisində “VAZ-21015”lə “Qazel” markalı yük maşınının toqquşması nəticəsində avtomobildə olan ailə üzvləri Bərdədəki həkim müayinəsinə gedirmişlər.

Qəzaya düşən “VAZ”a 1984-cü il təvəllüdlü Orxan Vəliyev idarə edirmiş. O, həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birlikdə yola çıxıbmış. Lakin onların səfəri uzun çəkməyib, az sonra faciə baş verib.

Hadisə nəticəsində Orxan Vəliyev və əmisi oğlu Elsevər hadisə yerində dünyasını dəyişiblər. Qeyd olunur ki, O.Vəliyev Vətən müharibəsinin iştirakçısı olub.

Ağır xəsarət alan Türkan Vəliyeva hazırda xəstəxanada müalicə olunur.

Baş verənlərlə bağlı araşdırma davam edir.

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - Foto - Video Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - Foto - Video Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - Foto - Video