Qəzza ilə bağlı danışıqlara gedən diplomatlar qəzaya düşdü: - Ölənlər var

Qəzza ilə bağlı danışıqlara gedən diplomatlar qəzaya düşdü: - Ölənlər var Hadisə

Misirin Şarm əl-Şeyx şəhərində 3 Qətər diplomatı yol qəzasında ölüb.

News24.az xəbər verir ki, qəza nəticəsində daha iki diplomat yaralanıb.

Məlumata görə, insident Qəzzada atəşkəslə bağlı keçirilən sammit ərəfəsində baş verib, lakin diplomatların Qətər danışıqlar qrupunun tərkibində olub-olmadığı hələlik məlum deyil.