Qida təhlükəsizliyinin pozulmasının qarşısı alındı - FOTO
Hadisə
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilib.
News24.az xəbər verir ki, nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbələrinin pozulması faktları aşkar olunub.
Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati məsuliyyət tədbirləri görülüb.
Bu istiqamətdə Nərimanov rayonu ərazisində tədbirlər davam etdirilir.