Quba-Xınalıq yolunda sürüşmə oldu
Hadisə
Quba-Xınalıq yolunda sürüşmə olub.
News24.az xəbər verir ki, sürüşmə yolun “Nazlı bulaq” kimi tanınan hissəsində baş verib.
Sürüşmə nəticəsində yola qum və palçıq axıb. Bu səbəbdən avtomobillərin hərəkəti dayanıb.
Hazırda yolun açılması istiqamətində tədbirlər görülür./APA