Qubada ağır qəza: 3 nəfər xəsarət aldı – FOTOLAR
Hadisə
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza Quba-Atuc yolunda qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)