Qubada ağır qəza: 5 nəfər yaralandı
Hadisə
Qubada yol qəzası olub.
News24.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun rayonun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. /APA/