Qubada qəza oldu: yaralılar var

Qubada qəza oldu: yaralılar var Hadisə

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Rustov kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-210”7 markalı minik avtomobili yolun kənarında dayanmış “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən minik avtomobili yük avtomobilinin altına girib.

Hadisə zamanı avtomobildə ər-arvad və daha bir sərnişin olmaqla ümumilikdə üç nəfər olub.

Qəza nəticəsində sürücü və ön oturacaqda əyləşən sərnişin ağır bədən xəsarətləri alaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.

Arxa oturacaqda olan sərnişin isə müxtəlif dərəcəli yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır. (APA)